"Real"ı Quti çalışdıracaq"

"Real"ı Quti çalışdıracaq"
XƏBƏR 7 İyun 2018 / 19:10 9444
-  A +

“Real"ı sabiq futbolçusu Quti çalışdıra bilər.

Qol.az-ın xəbərinə görə, bu iddianı İspaniya III Liqasında çıxış edən "Real Mursiya"nın prezidenti Viktor Qalves irəli sürüb.

O, İspaniya mətbuatına açıqlamasında Qutini komandaya baş məşqçi kimi gətirmək istədiklərini, ancaq onun "Real"ı çalışdıracağını deyib:  "Quti "Real Mursiya"nı çalışdırmayacaq. O, Madrid "Real"ının baş məşqçisi olacaq. Əgər Zinəddin Zidan iki gün gec istefa versəydi, biz Quti ilə razılığa gələcəkdik".

Qeyd edək ki, "Real"ın yetirməsi olan 45 yaşlı ispaniyalı veteran futbolçu hazırda Madrid klubunun U-19 komandasını çalışdırır.

Son xəbərlər
topaz banner