"Sumqayıt"a onu baş məşqçi gətirirlər – rəsmi

"Sumqayıt"a onu baş məşqçi gətirirlər – rəsmi
XƏBƏR 7 İyun 2018 / 16:57 4207
-  A +

“Sumqayıt”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun Qol.az-a verdiyi məlumata görə, komanda böyük ehtimalla Nazim Süleymanova tapşırılacaq. Artıq danışıqlar yekunlaşmaq üzrədir:

“Saat 2-dən iclasdadırlar. Böyük ehtimalla Nazim Süleymanov bu gün komandanın yeni baş məşqçisi təyin olunacaq. Müqavilənin müddəti barədə isə dəqiq bir söz deyə bilmərəm. Hər şey iclasdan sonra bilinəcək”.

Qeyd edək ki, Süleymanov mövsümün sonunda istefa verən Samir Abasovu əvəzləyəcək.

Son xəbərlər
topaz banner