İtaliya Superkuboku Ərəbistanda

İtaliya Superkuboku Ərəbistanda
XƏBƏR 6 İyun 2018 / 18:44 3573
-  A +

“Yuventus” və “Milan” arasında keçiriləcək İtaliya Superkuboku uğrunda görüş Səudiyyə Ərəbistanında olacaq.

Qol.az-ın “Calciomercato”ya istinadən yaydığı xəbərə görə, matç gələn ilin yanvarında keçiriləcək.

İtaliya Futbol Federasiyası bu görüşə görə Səudiyyə Ərəbistabından  7 milyon avro alacaq. Məbləğin 45 faizi oyunun iştirakçılarına çatacaq.

Matçın dəqiq vaxtı və keçiriləcəyi məkan hələlik açıqlanmayıb.

Son xəbərlər
topaz banner