Useyn Bolt futbolda debüt etdi

Useyn Bolt futbolda debüt etdi
XƏBƏR 6 İyun 2018 / 13:25 7567
-  A +

Yüngül atletika karyerasını başa vuran olimpiya çempionu, məşhur sprinter Useyn Bolt futbalda debüt oyununa çıxıb.

Qol.az-ın xəbərinə görə, yamaykalı idmançı Norveçin “Stromqodset” komandasının heyətində ilk oyununu keçirib. Bu barədə klubun saytı  xəbər yayıb.

Bolt Norveçin U-19 yığması ilə keçirilən yoxlama oyununun 71-ci dəqiqəsində meydana daxil olub. O, görüş ərzində qapıya bir zərbə vurub. Qarşılaşma “Stromqodset”in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, 31 yaşlı Bolt ötən il Londonda keçirilən dünya çempionatından sonra ciddi zədəyə görə atletika karyerasını bitirib.

Son xəbərlər
topaz banner