Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov və rusiyalı qrossmeyster Sergey Karyakin öz aralarında danışılmış oyunlar keçirdiklərinə dair dünya çempionu Maqnus Karlsenin ittihamlarına cavab veriblər.
Qol.az TV 2-yə istinadən xəbər verir ki, Karyakin Məmmədyarovla dost olduğunu etiraf edib. Lakin o, matçın danışılmış olmadığını bildirib: “Biz dostuq, amma yarışırıq. Hər ikimiz qalib gəlməyə çalışırıq və bu nəticə heç birimizə kömək edən deyil. Mən də hərdən adlarını çəkmək istəmədiyim bəzi oyunların danışılmış olduğunu düşünürəm. Lakin belə olaylar bu səviyyədə nadir hallarda baş verir”.
Məmmədyarov da ittihamı əsasız sayıb. Lakin azərbaycanlı qrossmeyster bu cür razılaşmaların mümkünlüyün etiraf edib: “Ötən dəfə qalib gəldiyim üçün Sergey revanş götürmək istəyirdi. Üstəlik, mən ağ fiqurlarla oynayırdım. Bəzən elə alınır ki, artıq matçdan öncə təslim olursan. Bu, hər dəfə, hər turnirdə baş verməyə bilər. Amma sən xəstəsənsə və ya əhvalın pisdirsə, üstəlik, ağ fiqurlara qarşı oynayırsanda, bu cür hallar baş verir. İdman və azarkeşlər üçün doğru olanı isə mübarizə aparmaqdır. Fikrimcə, yaxşısı, qalib gəlməyə çalışmaqdır”.
Qeyd edək ki, Maqnus Karlsen Şəhriyar Məmmədyarovla Sergey Karyakini Norveçdə keçirilən Stavanger superturnirinin III turunda öncədən heç-heçəyə razılaşmaqda ittiham edib (Report).
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb
Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2-ci qolunu vurdu
Baş hakimə salam vermədi, "qırmızı" aldı - Video
Cənubi Amerika kubokunu yenə onlar qazandılar
“Fənərbaxça” məğlubiyyətdən qaçdı - Video
Yunuszadə sona kimi ehtiyatda qaldı
Cəlalın komandası səfərdən qələbə ilə qayıdır
“Mançester Siti” öz meydanında xal itirdi - Video
İlham Zəkiyev Qran-pridə bürünc medal qazandı
Krivotsyukun komandası qalib gəldi