18 yaşlı holland “Yuventus”a keçir

18 yaşlı holland “Yuventus”a keçir
XƏBƏR 6 İyun 2018 / 02:00 3796
-  A +

“Ayaks”ın müdafiəçisi Matteys de Liqt karyerasını İtaliyada davam etdirə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 18 yaşlı futbolçunun xidmətində “Yuventus” maraqlıdır.

Holland müdafiəçi artıq Turin klubunun bazasında olub. O, “Yuventus”un düşərgəsini meneceri ilə birgə ziyarət edib və gördüklərindən razı qalıb.

Tərəflər arasında danışıqların müsbət yekunlaşacağı və de Liqtin tezliklə “Qoca Sinyora” ilə uzunmüddətli müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, gənc müdafiəçi son mövsüm “Ayaks”ın heyətində meydana çıxdığı 33 oyunda 3 qol vurub.

Son xəbərlər
topaz banner