“Parisi tərk etmək Neymar üçün çətin olacaq” - Qvardiola

“Parisi tərk etmək Neymar üçün çətin olacaq” -  Qvardiola
XƏBƏR 6 İyun 2018 / 00:37 5581
-  A +

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Neymarın karyerasını İngiltərə davam etdirə biləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis Neymarın PSJ-ni tərk edəcəyinin inandırıcı olmadığını bildirib:

“Mən PSJ-yə getməyə hazırlaşmıram, Neymar da “Mançester Siti”yə keçməyi düşünmür. Neymar “Real”a keçəcək? Bu şayiələri mən də eşitmişəm. Lakin Parisi tərk etmək Neymar üçün çətin olacaq. Çünki PSJ elə PSJ-di. Bununla belə, futbolda hər şey mümkündü”.

 

 


Son xəbərlər
topaz banner