“Mançester Yunayted” Fredi alır – rəsmi

“Mançester Yunayted” Fredi alır –  rəsmi
XƏBƏR 5 İyun 2018 / 19:01 3468
-  A +

“Şaxtyor”un yarımmüdafiəçisi Fred Rodrigesin  “Mançester Yunayted”ə keçəcəyi dəqiqləşib.

Qol.az-ın İngiltərə klubunun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı futbolçu ilə razılığa gəlinib. Yaxın vaxtlarda braziliyalı yarımmüdafiəçi ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, Fred ötən mövsüm Donets klubunun heyətində 37 oyuna 5 qol vurub, 7 məhsuldar ötürmə edib.


Son xəbərlər
topaz banner