UEFA-dan Buffona 3 oyunluq cəza

UEFA-dan Buffona 3 oyunluq cəza
XƏBƏR 5 İyun 2018 / 18:12 2560
-  A +

UEFA "Yuventus"un qapıçısı Canluici Buffonu cəzalandırıb.

Qol.az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasının 1/4 final mərhələsinin "Real"la cavab oyununda (3:1) qırmızı vərəqə görən və baş hakim Maykl Oliveri təhqir edən qolkiper 3 oyunluq cəza alıb.

Qeyd edək ki, M. Oliver Madriddəki oyunda 3:0 hesabı ilə öndə olan "Yuventus"un qapısına penalti təyin etmişdi. Hakimə sərt şəkildə etirazını bildirən Buffon qırmızı vərəqə ilə meydandan qovulmuşdu. Təcrübəli qapıçı oyundan sonra verdiyi açıqlamada referini təhqir etmişdi.

Son xəbərlər
topaz banner