"Azərbaycan hər oyuna fərqli taktika ilə çıxır"

"Azərbaycan hər oyuna fərqli taktika ilə çıxır"
XƏBƏR 5 İyun 2018 / 13:30 2766
-  A +

"Heç vaxt Azərbaycanda oynamaq imkanım olmayıb. Amma bu ölkənin futbolunu izləməyə çalışıram. Nəvəm dünya futbolu haqda internetdən mənim üçün məlumatlar toplayır".

Qol.az-ın "sports.kz" saytına istinadən məlumatına görə, bu sözləri Qazaxıstanın veteran futbolçusu Yaşar Əliyev deyib. Türkmənistanda anadan olan əslən azərbaycanlı mütəxəssisin futbolçu və məşqçi karyerası ancaq Qazaxıstanla bağlı olub. Bu gün millimizlə keçiriləcək yoldaşlıq oyunu öncəsi yerli mətbuata danışan Y. Əliyev matçla bağlı fikirlərini açıqlayıb:

"Azərbaycanda hər zaman istedadlı futbolçular olub. Ölkənin iqlim şəraiti ilin istənilən vaxtında futbolla məşğul olmağa imkan verir. Azərbaycanın bu gün əks-hücumlarda oynayıb-oynamayacağını demək çətindir. Çünki onlar hər oyuna fərqli taktika ilə çıxırlar. Düşünürəm ki, rəqib bu gün bizə qarşı inamlı çıxış edəcək. Deməzdim ki, komandalardan hansısa güclüdür. Şansları bərabər qiymətləndirirəm. Hər iki yığma Millətlər Liqasına hazırlaşır. Ona görə də bütün futbolçularını iş başında görməyə çalışacaqlar. Məncə, oyun 2:1 bizim xeyirimizə başa çatacaq".

Veteran futbolçu Qazaxıstan Futbol Federasiyasının milli komandaya Azərbaycan yığmasını rəqib seçməsinə də münasibət bildirib: "Hazırda biz Ukrayna, Çexiya, Macarıstan kimi yığmalarla rəqabət apara biləcək vəziyyətdəyik. Moldova və Azərbaycanla oyunlarda isə uğurlu nəticə qazanmağa borcluyuq. Avropaya keçiddən sonra Qazaxıstan futbolunun səviyyəsi xeyli qalxıb. Düşünürəm ki, federasiya Azərbaycan variantı olduğu üçün bu seçimi edib. Dünya çempionatı öncəsi hər bir yığma özünə sparrinq-rəqib axtarır. Mən olsam, daha güclü rəqiblərlə, misal üçün, Rusiya və Ukrayna kimi komandalarla oynayardım".

Qeyd edək ki, Qazaxıstan - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə 18:0-da başlayacaq.

Son xəbərlər
topaz banner