Pelleqrini qarət olundu

Pelleqrini qarət olundu
XƏBƏR 4 İyun 2018 / 12:33 2478
-  A +

“Vest Hem”in baş məşqçisi Manuel Pelleqrini və həyat yoldaşı silahlı şəxslər tərəfindən qarət edilib.

Qol.az-ın “The Telegraph”a istinadən yaydığı xəbərə görə, cütlüyə Çilinin paytaxtı Santyaqoda restorandan çıxarkən hücum edilib.

Pelleqrininin həyat yoldaşının çantasını oğurlayan soyğunçular daha sonra polislə atışmağa başlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Cinayətkarlarların axtarışı davam edir.

Son xəbərlər
topaz banner