Şumuditsa "Neftçi"nin bir addımlığında - Rumıniya mətbuatı

Şumuditsa "Neftçi"nin bir addımlığında - Rumıniya mətbuatı
XƏBƏR 4 İyun 2018 / 12:12 4120
-  A +

Marius Şumuditsanın "Neftçi"nin sükanı arxasına keçməsi üçün heç bir maneə qalmayıb.

Qol.az-ın Rumıniya mətbuatına istinadən yaydığı xəbərə görə, ÇFR klubundan cavab gözləyən mütəxəssis buna görə "ağ-qaralar"la bağlı qərar verməyə tələsmirdi. Ancaq Kluj təmsilçisinə təyinatı alınmayan təcrübəli məşqçinin karyerasını ölkəmizdə davam etdirməyə çox yaxın olduğu bildirilir.

Qeyd edək ki, ötən həftə rumıniyalı çalışdırıcının "Neftçi" rəhbərliyi ilə görüşəcəyi gözlənilirdi. Paytaxt klubunun Şumuditsaya köməkçiləri ilə birlikdə illik 450 min avro təklif etdiyi iddia olunur.

Son xəbərlər
topaz banner