“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Ukraynanın “UA-Futbol” saytına müsahibə verib. Qol.az-ın xəbərinə görə, o, Azərbaycan kubokununu qazanmaları və gələcək planları haqda danışıb.
- Sizi dekabrda “Keşlə”yə dəvət edəndə qarşınıza hansı vəzifələr qoyulmuşdu?
- Avropa kubokuna düşmək. Amma mənim tərəfimdən şərt irəli sürülmüşdü ki, rəhbərlik qarşısında götürülən öhdəliyi yerinə yetirmək üçün komandaya keyfiyyətli futbolçular dəvət olunmalıdır. Əgər Avropa Liqasına düşmüşüksə, deməli, vəzifəmizi yerinə yetirmişik.
- “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldiyiniz final oyunu barədə nə deyə bilərsiniz?
- Hesab edin ki, biz səfərdə oynayırdıq. “Qəbələ” bizi öz meydanında qəbul etməklə üstünlük və azarkeşlərin güclü dəstəyini qazanmışdı. Onlar üçün kuboku udmaq böyük uğur idi. Amma biz də özümüzü sübut etmək istəyirdik ki, buna da nail olduq.
Finala düşmək çətin idi. Həlledici oyunda futbolçular özlərini rahat hiss edirdilər. Finala qədər çətin matçlarımız oldu. Bu, “Sumqayıt”la görüşlər idi. Öz meydanımızda 1:0 hesabı ilə qalib gəldik, səfərdəki cavab görüşü heç-heçə nəticələndi – 1:1. Bu görüşlərdə bizi xilas edən Sezar Meza Kolli oldu. O, 2 qol vurdu və bizi finala çıxardı. Sezar paraqvaylıdır. Əvvəllər “İnter”də (indiki “Keşlə” – red.) oynayıb, bir il futbolsuz qalmışdı. Biz onu agentlər vasitəsi ilə komandaya cəlb etdik. O isə bu mövsüm özünü göstərdi. Bu o deməkdir ki, lazım olan məqamda faydalı futbolçu tapırsan, o da inamı doğruldur.
- Gələcək planlarınız necədir? Rəhbərlik yeni müqavilə təklif edib?
- Rəhbərlik müqavilənin daha bir il müddətinə artırılmasını istəyir. Bununla bağlı təklif olub. Mən ilkin razılığımı vermişəm. Amma bir şərtlə ki, komandada son mövsümdə oynamış futbolçular klubda qalmalıdırlar. Və bəlkə də heyətin müəyyən güclənməsi də lazımdır. İyunun 20-də Bakıya qayıdacam və danışıqlar olacaq. Bundan sonra hər şey qətiləşəcək.
- Klubun infrastrukturu necədir?
- Baza və stadion bir yerdədir (gülür). Məşq etdiyimiz və oynadığımız futbol meydançamız sünidir. Vəziyyət yaxşı deyil. Futbolçular belə meydançarda zədə ala bilər. Premyer Liqadakı 8 komandadan 4-ü süni, 4-ü isə təbii meydanda oynayır. Bu, isti iqlimi olan bir ölkə üçün çox mənfi haldır. Amma çempionat maraqlıdır. Ötəri oyunlar olmur. Bu, vacibcir. 8 komanda 4 dövrə oynayır və hər bir komanda sürpriz edə bilir.
Evdə 100-cü qol
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi
Messinin rekorduna şərik oldu
Koxalski son dəfə Respublika Stadionunda - Video
PSV ilə oyunda zədələndi, xəstəxanaya aparıldı
Cəlal oynadı, komandası qalib gəldi
“Qarabağ” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
“Mançester Yunayted” “Sabah”la oyundan əvvəl xal itirdi
39 yaşlı Ceymi Vardi İngiltərə çempionatına qayıtdı
Ronaldonun "casusluğu" gündəm oldu - Şəkil
Luis Enrikenin maaşı artırıldı
Osimhen sıradan çıxdı
“Turan Tovuz” - “Sumqayıt”: Heyətlər
Azarkeşlə dalaşdı, cəzalana bilər
Aziz Yıldırım Prezident İlham Əliyevlə görüşdü - Şəkillər
Əlcəzair millisində yeni baş məşqçi
Krivotsyukun komandası darmadağınla qalib gəldi
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
Vinisius Mourinyoya məhəl qoymadı - Şəkil