"Barselona" Qrizmanndan cavab gözləyir - "Artıq qərarını ver"
“Barselona” transfer etməyə çalışdığı “Atletiko”nun yarımmüdafiəçisi Antuan Qrizmanndan cavab gözləyir.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu fransız futbolçudan qarşıdakı həftənin sonuna kimi yekun qərarını açıqlamasını tələb edir. Əgər təcrübəli oyunçu “Barsa”ya “yox” cavabı verərsə, rəhbərlik alternativ variantları nəzərdən keçirəcək.
Qeyd edək ki, Qrizmann açıqlamasında son qərarını dünya çempionatının startına kimi verəcəyini bildirib.