"Mançester Yunayted"dən "Real"a 85 milyonluq təklif

"Mançester Yunayted"dən "Real"a 85 milyonluq təklif
XƏBƏR 3 İyun 2018 / 14:08 5601
-  A +

“Mançester Yunayted” Qaret Beylin transferi üçün “Real”la danışıqları davam etdirir.

Qol.az-ın “The Times” nəşrinə istinadən yaydığı xəbərə görə, “qırmızı şeytanlar” uelsli yarımmüdafiəçi üçün “kral klubu”na 85 milyon funt-sterlinq ödəməyə hazır olduğunu bildirib. Heyəti gəncləşdirmək istəyən Madrid təmsilçisinin prezidenti Florentino Peresin də bu təklifə müsbət yanaşdığı iddia olunur.

Qeyd edək ki, 2016-cı ildə “Real”la müqaviləsini uzadan 28 yaşlı futbolçunun illik gəliri 10,5 milyon avro təşkil edir. “Mançester Yunayted” isə Beylə həftəlik 500 min funt təklif etməyə hazırdır.

Son xəbərlər
topaz banner