Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı, “Qəbələ” İdman Klubunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş boks yarışı keçirilib.
Qol.az-ın məlumatına görə, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən boks gecəsində 8 döyüş təşkil olunub. Rinqə Azərbaycanın 7, Gürcüstanın 4, Ukraynanın 2, Rusiya, CAR və Macarıstanın hərəsinin 1 boksçusu çıxıb. Öncə reytinq döyüşləri keçirilib.
Sonra günün əsas döyüşü birinci ağır çəki dərəcəsində baş tutub. IBO və WBCA dünya kəməri uğrunda 12 raundluq qarşılaşmada ukraynalı Roman Qolovaşenko ilə cənubi afrikalı Kevin Lerena üz-üzə gəliblər. İlk iki raundda təşəbbüsü rəqibinə verən afrikalı ukraynalının təzyiqinin qarşısını alıb və mübarizəni əks-həmlələrdə qurub. 3-cü raunddan üstünlüyü ələ alan Lerena rinqdə daha sürətli hərəkət edib və Qolovaşenkonun müdafiə olunarkən buraxdığı boşluqlardan yararlanıb. Ukraynalını 5-ci raundda noqdauna göndərən Lerena döyüşün sonunadək 1-ci nömrə kimi mübarizə aparıb. Nəticədə hakimlərin yekdil qərarı ilə afrikalı qalib gəlib – 115:112, 115:112, 116:111.
Boks gecəsində WCA və WBC Asiya kəmərinin sahibi də bəlli olub. Azərbaycan idmançısı Malik Məmmədzadə rusiyalı İbrahim Tsurovla qarşılaşıb. Yarımağır çəkidə baş tutan görüşdə rusiyalı boksçu nokautla qalib gəlib.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir
Xetaq Qazyumov: “Bu uğurla kifayətlənməyəcəyik”
"Fənərbaxça"da prezident seçkilərinin tarixi açıqlandı
Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq
Dimarko üçün 4 illik müqavilə
Uqo Lyoris Fransa millisinə qayıdır