Balotelli "Marsel"ə keçir?

Balotelli "Marsel"ə keçir?
XƏBƏR 3 İyun 2018 / 00:30 2927
-  A +

İtaliya millisinin üzvü Mario Balotelli yenidən Fransada çıxış edə bilər.

Qol.az-ın “France Football”a istinadən yaydığı xəbərə görə, “Marsel” 27 yaşlı hücumçunun xidmətində maraqlıdır. Klubun Balotelli ilə danışıqlara başladığı bildirilir.

“Marsel”in gələn ay Balotelli ilə müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, son mövsümü “Nitsa”da keçirən futbolçu 36 oyuna 26 qol vurub.

Son xəbərlər
topaz banner