"Real"ın futbolçusu Qaret Beyl Madrid klubundakı gələcəyi ilə bağlı qərarını yenidən düşünəcək.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uelsli hücumçu baş məşqçi Zinəddin Zidanın istefa verməsindən sonra "Real"dan ayrılmağa tələsmir.
Bildilir ki, Beyl ona matçlarda çox şans verməyən fransalı mütəxəssisin getməsindən sonra Zidanla sosial şəbəkə vasitəsi ilə vidalaşmayan tək oyunçudur. Bu isə sözügedən şəxslərin arasında münasibətlərin yaxın olmadığını təsdiqi kimi göstərilib.
Hazırda Beyl gələcəyi ilə bağlı yekun qərar vermək üçün yeni baş məşqçinin kimliyini gözləyir.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər