“Millidə çalışmaq üçün çox gəncəm” – Qvardiola
“Gələcəkdə dünya və ya Avropa çempionatında iştirak edən milli komandanı çalışdırmaq istərdim. Ancaq yaxın vaxtlarda “Mançester Siti”dən getməyi düşünmürəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Britaniya mətbuatına açıqlamasında deyib.
İspaniyalı çalışdırıcı millidə çalışmaq üçün hələ tez olduğunu bildirib: “Əgər bir neçə il sonra milli komandadan təklif gəlsə, bu barədə düşünərəm. Ancaq indi bu vəzifədə çalışmaq üçün çox gəncəm”.
Qeyd edək ki, 47 yaşlı məşqçinin “Şəhərlilər”lə 2021-ci ilin yayına qədər müqaviləsi var.