"Bütün müayinələr Salahın mundialda oynayacağını göstərir"

"Bütün müayinələr Salahın mundialda oynayacağını göstərir"
XƏBƏR 2 İyun 2018 / 14:40 3385
-  A +

Misir millisinin baş məşqçisi Ektor Kuper komandanın aparıcı üzvü Məhəmməd Salahın DÇ-2018-də oynamaq şanslarını dəyərləndirib.

Qol.az-ın xəbərinə görə, o, “Goal.com”a açıqlamasında 25 yaşlı hücumçunun mundiala hazır olacağını bildirib:

“Biz nikbinik. Bütün müayinələr Salahın mundialda oynayacağını göstərir. Bununla belə, çempionat öncəsi baş verə biləcək hər şeyə hazır olmalıyıq.
Salahı əvəz etmək asan deyil. Buna şübhə yoxdur. O, bizim silahımızdır. Xüsusilə də əks-hücumlarda onun sürət və ustalığı işə yarayır”.

Xatırladaq ki, Salah Çempionlar Liqasının “Real”la keçirilən final oyununda zədələnib.

Son xəbərlər
topaz banner