“Səbail”dən növbəti transfer

“Səbail”dən növbəti transfer
XƏBƏR 2 İyun 2018 / 13:50 4531
-  A +

“Səbail” daha bir futbolçunu heyətinə cəlb edib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, son mövsümü “Zirə”də keçirən Orxan Əliyevlə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı hücumçu “Sumqayıt”, “Xəzər Lənkəran” və “Kəpəz”də də oynayıb.

Xatırladaq ki, paytaxt klubu Rahid Əmirquliyev, Ağabala Ramazanov və Şəhriyar Rəhimovu da transfer edib.

Son xəbərlər
topaz banner