Futbolçu karyerasını bitirən Fərhad Vəliyev “Səbail”də çalışacaq.
Millimizin sabiq qapıçısı Qol.az-a açıqlamasında paytaxt klubu ilə 1 illik müqavilə imzaladığını deyib. 37 yaşlı veteran futbolçu qapıçılarla işləyən məşqçi olacaq.
Qeyd edək ki, peşəkar karyerasına 1997-ci ildə Sumqayıtın "Kimyaçı" klubunda başlayan F. Vəliyev müxtəlif illərdə "Neftçi", "İnter" (indiki "Keşlə") və "Qarabağ" kimi klubların şərəfini qoruyub. 2006-2010-cu illərdə dəvət aldığı Azərbaycan millisində isə 32 oyun keçirib.