"Keşlə"nin baş məşqçisi Yuri Maksimov Azərbaycan Kubokunun finalında "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra brifinq keçirib. Qol.az-ın məlumatına görə, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Oyun necə keçdi?
- "Qəbələ”nin güclü tərəflərini bilirdik. Əsas silahları irəlidə oynayan 3 legionerdi. Onların vasitəsilə hücuma çox sürətli çıxırdılar. Biz çalışdıq ki, öz yarım sahəmizdə onlara oynamağa imkan verməyək. Bunun üzərində çox çalışmışdıq.
- "Qəbələ”nin start heyəti sizin üçün sürpriz deyildi?
- Onlar sxemi dəyişmişdilər, "4-4-2” oynamadılar. Amma bu, elə də sürpriz olmadı. Baqali Dabo sol cinahda yarımmüdafiə-hücum qarışığı kimi oynayırdı. Filip Ozobiç də mərkəzdə yox idi. Onlar da bizim kimi 3-4-3 şərti düzülüşü ilə meydana çıxmışdılar.
- Güzgü sxemi...
- Bəli, biz onların 3 hücumçusunu mərkəzdə zərərsizləşdirməyə çalışdıq. Düşünürəm ki, şans da bizim yanımızda idi. Çünki futbolda şansın köməyi olmadan uğur qazanmaq çətindir. Biz də 0:1 hesabı ilə uduza bilərdik. Nəticədən razıyıq.
- Əsas sual. Sonra necə olacaq?
- Bu artıq bizim yox, AFFA-nın məsələsidir.
- Sizin karyeranızı soruşuruq...
- Bilmirəm, gözləyək, görək nə olacaq. Amma düşünürəm ki, yəqin Zaur Axundov da qalmağımı istəyir. Mən də bunun əleyhinə deyiləm. Lakin avrokuboklarda uğur qazanmaq istəyiriksə, ciddi dəyişikliklər etməli, güclənməliyik.
- Həmyerliniz Roman Qriqorçuk artıq istefasını elan etdi. Necə düşünürsünüz: onun Azərbaycandakı karyerası alındı?
- Düşünürəm ki, o burada çox yaxşı işlər gördü. Ukraynada da haqqında yaxşı fikir formalaşıb.
- Qarşıda avrokuboklara çox az zaman qalıb. Komandadakı taleyiniz bəlli deyil...
- Biz hələ bilmirik büdcəmiz necə olacaq, kimdən asılıyıq. Konkret heç nə məlum deyil. Yeni müqavilə imzalayacağıqsa, bunların hamısını danışmalıyıq.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi