"Bəlkə də oyuna çox kölkənməyimiz bizə mane oldu. "Zirə"nin əvəzetmələri yaxşı alındı. Biz isə görə-görə ki, oyunçular çökür, heç nə edə bilmirdik. Çünki ehtiyatda lazımı səviyyədə oyunçu yoxdur. Əlinin papağını Vəlinin başına qoymaqla məşğul idik".
Qol.az sport24.az-a istinadən xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının sonuncu – 28-ci turunda "Zirə"yə 1:2 hesablı məğlubiyyəti şərh edərkən deyib. 39 yaşlı mütəxəssis mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlayıb.
- Bu, "Sumqayıt"da son oyunum idim. Komandada nəyisə dəyişəcəyimə ümid etmirəm. Neçə ildir komandanı yaxşılaşdırmağa çalışdıq. Gələ bildiyimiz nöqtə budur. Artıq bura mənim üçün deyil. Reabilitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur. Getmək vaxtıdır. Avropa Liqasına çıxmadığımız üçün yeni mövsümdə legionerlər də olmayacaq.
- Son 4 oyunda xallar itirdiz. Günah sizdədir, rəhbərlikdə, yoxsa futbolçularda?
- Kimin boynuna istəsəniz, yıxa bilərsiniz. "Baş məşqçidədir" - desəm, rahatlayacaqsız? Günah strategiyada, futbolçuların olmamağındadır.
- Rəhbərlik istefanızı qəbul etməsə, necə olacaq?
- Getmək qərarını çoxdan vermişəm. İnanın Allaha, hansısa klubla danışmaq filan yoxdur. Bəli, təklif göndərən klublar var. İstəyirdim nəsə edəm. Boynuma alıram ki, edə bilmədim. Futbolçu çatışmazlığı var. İstefamı vermişəm. Mən rəhbərlikdən asılı adam deyiləm.
- Problem "Sumqayıt”dadır, yoxsa Azərbaycan futbolunda?
- Azərbaycan futbolu ilə bağlı deyil. Strategiyan yalnız yerli oyunçulara bağldırsa, alınmır.
- Bir neçə gün əvvəl rəhbərlikə görüşdünüz. İstəklərinizi yerinə yetirmədikləri üçün gedirsiniz?
- Şərtlərim yerinə yetirilmədi. Mən 4-5 oyunçunu istəyirəm. Gözləyirəm ki, "Qəbələ"də kimsə oynamasın, götürüm. Məşqçi öz fəlsəfəsinə görə oyunçu dəvət etməlidir. Gedib Serbiyadan, Xorvatiyadan oyunçu gətirməlidir. Amma sən bunu edə bilmirsən.
- "Qəbələ"nin baş məşqçi olacağınız haqda xəbərlər düzdür?
- "Qəbələ"nin baş məşqçisi var. O getsə, təkilf olsa, danışarıq.
- Bu strategiyanı AFFA müəyyənləşdirib. Niyə federasiyadan maliyyələşən digər klublara legioner almağa icazə verilir, sizə yox?
- Bu strategiyanı kim müəyyənləşdirib, bilmirəm. Rəhbərliklə söhbətdə demişdilər ki, Avroliqaya düşsək, legioner olacaq. Bu da olmadı. "Sumqayıt"da dönəmim bitdi. Kluba, azarkeşlərə uğurlar arzulayıram.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda