Pelleqrini Premyer Liqaya qayıdır

Pelleqrini Premyer Liqaya qayıdır
XƏBƏR 19 May 2018 / 18:20 3453
-  A +

“Mançester Siti”nin sabiq baş məşqçisi Manuel Pelleqrini yenidən İngiltərədə çalışacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, çilili mütəxəssis Devid Moyeslə yollarını ayıran “Vest Hem”in sükanı arxasına keçəcək. Təcrübəli çalışdırıcının London klubu ilə anlaşdığı bildirilib. İddiaya görə, tərəflər 3 illik müqavilə barədə razılığa gəliblər.

Qeyd edək ki, 2013-2016-cı illər mövsümündə “Mançester Siti”ni çalışdırmış Pelleqrininin son klubu “Xebey Çayna Fortun” (Çin) olub.

Son xəbərlər