2017/18 mövsümündə UEFA Avropa Liqasının qalibi müəyyənləşib.
Qol.az xəbər verir ki, finalda Madrid “Atletiko”su “Marsel”lə üz-üzə gəlib. Lionda keçirilən görüşdə "Atletiko" inamlı qələbə qazanıb - 3:0.
Bununla da “Atletiko” üçüncü dəfə Avroliqanın qalibi olub. İspaniya təmsilçisi 2009/2010 və 2011/12 mövsümündə qitənin ikinci dərəcəli klub turnirini qazanıb.
Xatırladaq ki, Dieqo Simeonenin komandası Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olub. Ağdam klubu Madridlilərlə hər iki görüşdə (0:0, 1:1) rəqibindən xal almağı bacarıb.
UEFA Avropa Liqası
Final
16 may
“Marsel” (Fransa) - “Atletiko” (İspaniya) - 0:3
Qollar: Antuan Qrizmann, 21, 49, Qabi, 89
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Lion, “Park Olimpik Lion”
Evdə 100-cü qol
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi
Messinin rekorduna şərik oldu
Koxalski son dəfə Respublika Stadionunda - Video
PSV ilə oyunda zədələndi, xəstəxanaya aparıldı
Cəlal oynadı, komandası qalib gəldi
“Qarabağ” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı