Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov dopinq-testdən keçə bilmədiyi üçün 4 il müddətinə diskvalifikasiya olunub.
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar qəbul edib və 2017-ci il noyabrın 24-dən qüvvəyə minib. 69 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançının orqanizmindən istifadəsi qadağan olunmuş boldenon preparatı aşkarlanıb. Onun cəza müddəti 2021-ci il noyabrın 21-də bitəcək.
Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) "Report"a verilən məlumata görə, Rüstəmov yarış və məşqdən kənar dövrdə Ümumdünya Antidopinq Agentliyi nümayəndələrinin həyata keçirdikləri dopinq-test zamanı "ilişib". Onun cəzalanacağı çoxdan məlum olsa da, rəsmi qərar AAAF-a yenicə daxil olub.
Qeyd edək ki, 2017-ci il sentyabrın 30-da Azərbaycan Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna ilə birgə 1 il müddətinə bütün yarışlardan diskvalifikasiya olunub. Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış etmiş atletlərin dopinq-testlərinin təkrar analizlərinin müsbət çıxması göstərilib.
Azərbaycan 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalıb. Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib. 2016-cı ildə Kostova 10 iyun 2018-ci ilədək diskvalifikasiya edilib. 2015-ci ildə isə Azərbaycanın 6 ağırlıqqaldıranından 1-i 4 il, 5-i isə 8 il müddətinə cəzalandırılıb.
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu
Braziliya Norveç tilsimini qıra biləcək?
"Zirə" afrikalı oyunçu transfer etdi
"Real"ın ilk tur matçı təxirə salına bilər
"Fənərbaxça"dan kapitanla bağlı qərar - Rəsmi
"Real" növbəti transferini açıqladı
Klopp Almaniya millisinin baş məşqçisi olacaq
Azərbaycan cüdoçusu Praqada gümüş medal qazandı
"Kəpəz"in daha bir rəqibi müəyyənləşdi
Fransanı 1/4 finala yüksəldən qələbə - Video
Duqlas Kostanın yeni klubu bilindi
“Mbappe əlimi sıxmaqdan imtina etdi” - Video
Ançelotti Norveç millisini təriflədi
Adi top azlıq etdi, XXL gətirdilər - Video
“Vestri” “Qarabağ”la oyundan əvvəl xal itirdi
Mərakeşin böyükhesablı qələbəsi - Video
İngiltərə millisi gücləndirilmiş mühafizə altında
Mbappe Messini keçdi - Bombardirlik yarışı
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
Paraqvay – Fransa matçının start heyətləri açıqlandı
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı