Mançini rəsmən İtaliya millisində

Mançini rəsmən İtaliya millisində
XƏBƏR 15 May 2018 / 00:01 2053
-  A +

Roberto Mançininin İtaliya millisinə baş məşqçi təyinatı rəsmiləşib.

Qol.az-ın xəbərinə görə, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Mançini federasiya ilə müqavilə imzalayıb. Sözləşmənin müddəti və digər detalları açıqlanmasa da, daha əvvəl Mançinin 2 illik müqavilə imzalyacağı və ilinə 2 milyon avro qazanacağı haqda xəbərlər yayılmışdı.

Qeyd edək ki, “Fiorentina”, "Latsio" “İnter”, “Mançester Siti”, “Qalatasaray” kimi klubları çalışdıran Mançini son olaraq “Zenit”in baş məşqçisi olub.

Son xəbərlər