"Kəpəz"in Bakı Olimpiya Stadionunun (BOS) məşq meydançasında bu gün səhərə nəzərdə tutulan məşqi də baş tutmayıb. BOS-dan kluba bildirilib ki, buna səbəb meydançada yenidənqurma işlərinin başlamasıdır.
Gəncə təmsilçisi ev oyunlarına da Bakıda hazırlaşır. BOS-dan başqa, Azərbaycan Dövlət Bdən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) stadionunda məşq edirdilər. Həmin meydançada da təmir başlayıb.
Bəs "Kəpəz" mövsümün son turunda "Neftçi" doğma meydanda "Neftçi"yə qarşı keçirəcəyi oyuna harda hazırlaşacaq?
Baş məşqçi Yunis Hüseynov "FutbolPress"ə açıqlamasında deyib: "Meydança tapsaq məşq edərik".
Vəziyyət niyə bu həddə gəlib?
Klubun icraçı direktoru Elnur Camalxanov bildirib: "Mən heç bir problemin olmadığını bilirəm. Nəsə olsaydı, xəbər tutardıq. Məşqlərimiz BOS və ADBTİA-nın məşq meydançalarında olur. BOS-un meydançası təmirə bağlanıbsa, bunu indi bilirəm. Komandanın məşqi üçün problem olmamalıdır. Baş məşqçi daha dəqiq məlumat verə bilər".
BOS-un mətbuat əlaqələndiricisi Cəmilə Mehdiyeva bununla bağlı deyib: "Kəpəz" bu ay 5 məşqi stadionumuzda keçirib. Bu məşqlər mayın 11-nə kimi danışılmışdı. Ayın 12-dən səhər növbəsində U-17 qızlar, axşam isə futbol məktəbinin məşqləri olur. Bu haqda kluba öncədən məlumat verilib. Mayin 12-də klub məşq üçün yenidən müraciət edib, lakin mümkün olmadı. Çünki təqvimdə digər komandaların məşqləri var idi".
Maraqlıdır, mövsüm bitməmiş "Kəpəz"in həmişə məşq etdiyi BOS-un məşq meydançası təmirə bağlanır, digər meydançaların qrafiki isə doludur. Bəs əvvəldən danışıq necə olub?
Əvvəldən heç bir danışıq-filan olmayıb. Sadəcə, "Kəpəz" AFFA-nın ayırdığı maliyyə hesabına saxlanır. Məşq meydançası da qurumun kluba ənamıdır. İndi bu məqamda BOS-da məşq eləməkçün müraciətlərə "təmirdədir", "qrafik doludur" kimi cavabların verilməsi güman ki, klubun sahibsiz qalmasıyla əlaqədardır. Sahibsizliyi baş məşqçiylə söhbətdə görə bilirik: "İki gün də gözləyəcəyik, meydança problemi həll olunmasa, Gəncəyə getməli olacağıq".
Məsələ bu qədər qarışıqdır.
"Kəpəz"i bu hallara düşməsi, güman ki, gündəmi izləyənlərçün sirr deyil.
Mənbə: futbolpress.az
Evdə 100-cü qol
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi
Messinin rekorduna şərik oldu
Koxalski son dəfə Respublika Stadionunda - Video
PSV ilə oyunda zədələndi, xəstəxanaya aparıldı
Cəlal oynadı, komandası qalib gəldi