Teves karyerasını bitirəcəyi vaxtı açıqladı

Teves karyerasını bitirəcəyi vaxtı açıqladı
XƏBƏR 14 May 2018 / 17:38 2297
-  A +

Argentinalı futbolçu Karlos Teves karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Qol.az-ın xəbərinə görə, hazırda “Boka Xuniors”da çıxış edən  Teves “Canal 13”-ə açıqlamasında klubla müqavilə müddəti bitdikdən sonra futboldan gedəcəyini deyib.

“Boka” ilə müqavilə müddətim başa çatdıqdan sonra karyeramı bitərəcəm. Dərhal məşqçi və ya klub funksioneri olmaq fikrim yoxdur. Başqa bir kluba getməyəcəm və karyeramı “Boka”nın formasında bitirəcəm”.

Qeyd edək ki, karyerası ərzində “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” kimi klublarda çıxış etmiş 34 yaşlı futbolçunun “Boka Xuniors”la müqavilə müddəti 2019-cu ilin dekabrında bitəcək.

Son xəbərlər