"Rəhbərlik qovmasa, "Yuventus"da qalacam" - Alleqri

"Rəhbərlik qovmasa, "Yuventus"da qalacam" -  Alleqri
XƏBƏR 14 May 2018 / 15:11 1793
-  A +

“Mən xoşbəxtəm. Klub tarixində yeni uğura imza atmışıq. Çox ağır mövsüm oldu”.

Qol.az-ın məllumatına görə, bu sözləri “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Roma” ilə heç-heçə edərək çempionluğu rəsmiləşdirdikləri oyundan sonra deyib.

O, Turin klubunda qalmaq istədiyini bildirib: “Rəhbərlik məni qovmasa, “Yuventus”da qalacam. Bir qədər istirahət etdikdən sonra yeni mövsümün planlarını qurmaq olar. Gələn mövsüm hər şey sıfırdan başlayacaq və rəqabətə davamlı olduğumuzu göstərməliyik”.

Qeyd edək ki, italiyalı mütəxəssis 2014-cü ildən "Yuventus"u çalışdırır.

Son xəbərlər