Ronaldo, Beyl və Modriç "Malaqa"ya qarşı oynamayacaq

Ronaldo, Beyl və Modriç "Malaqa"ya qarşı oynamayacaq
XƏBƏR 15 Aprel 2018 / 13:35 3363
-  A +

La Liqanın 32-ci turunda bu gün səfərdə “Malaqa” ilə qarşılaşacaq “Real”ın bu oyun üçün iştrak ərizəsi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi “twitter” hesabına istinadən yaydığı xəbərə görə, Kriştianu Ronaldo, Qaret Beyl və Luka Modriç bu görüşdə iştirak etməyəcəklər. Komandanın baş məşqçisi Zinəddin Zidan hər 3 futbolçuya istirahət verib. Əvəzində isə fransız mütəxəssis Çempionlar Liqasının 1/4 finalının “Yuventus”la cavab matçını (1:3) buraxan Serxio Ramosun adı siyahıya daxil edib. “Real”ın kapitanı bu gün “Malaqa”ya qarşı oynaya bilər.

Qeyd edək ki, “Malaqa” – “Real” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər