"Bavariya" niyə Kovaçı seçdi? – Prezident açıqladı

"Bavariya" niyə Kovaçı seçdi? – Prezident açıqladı
XƏBƏR 15 Aprel 2018 / 12:42 4593
-  A +

“Bavariya”nın prezidenti Uli Heness baş məşqçi vəzifəsi üçün Niko Kovaçı seçmələrinin səbəbini açıqlayıb.

Qol.az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, o bildirib ki, Münhen klubunun hazırkı çalışdırıcısı Yupp Haynkesin mövsümün sonunda komandadan ayrılmaq istəməsi və Tomas Tuxelin təklifə “yox” deməsi onları bu cür addım atmağa məcbur edib:

“Öncə ümidsiz axtarış aparırdıq. Uzun müddət Hasan Salihamidziçlə (“Bavariya”nın idman direktoru) Haynkesi komandada qalması üçün razı salmağa çalışdıq. Amma gedəcəyini biləndən sonra fikrimizi hazırda işsiz olan Tomas Tuxelə yönəltdik. O isə bildirdi ki, artıq qərarını verib. Hə, buna görə üzüldük, amma şoka düşmədik. Bir neçə gündən sonra yenidən bir araya gəldik və qərar verdik ki, başlıca namizəd Niko Kovaçdır. Hər şey bu cür baş verdi”.

Qeyd edək ki, Kovaçla analaşan “Bavariya” mövsümün sonunda xorvatiyalı mütəxəssislə 3 illik müqavilə bağlayacaq.

Son xəbərlər
topaz banner