4 ilə 23 baş məşqçi dəyişikliyi

4 ilə 23 baş məşqçi dəyişikliyi
XƏBƏR 14 Aprel 2018 / 14:33 4532
-  A +

Misirin məşhur klublarından olan “Zəmələk”də növbəti dəfə baş məşqçi istefası reallaşıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  "Zəmələk”in prezidenti Mortada Mənsur baş məşqçi Ehab Qalalı istefaya göndərib.

Komandanın ardıcıl 3 oyun Misir çempionatında uduzması rəhbərliyin bu addımı atmasına səbəb olub.
Bu, komandada 2014-cü ilin aprelindən indiyədə 23-cü məşqçi dəyişikliyidir. Həmin vaxtdan Mortada “Zəmələk”in prezidentidir.

Qeyd edək ki, “Zəmələk” Misir çempionatında 3-cü pillədə qərarlaşıb və lider “Əl-Əhli”dən 25 xal geri qalır.

Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner