Klublarımız dünya reytinqində neçəncidir?

Klublarımız dünya reytinqində neçəncidir?
XƏBƏR 14 Aprel 2018 / 13:20 3135
-  A +

Dünyanın ən güclü klublarının növbəti reytinq siyahısı açıqlanıb.

Qol.az-ın məlumatına görə, “clubworldranking.com” saytının hazırladığı siyahıda Azərbaycanın 4 komandası yer alıb.

Hesabında 1169 xal olan “Qarabağ” təmsilçilərimiz arasında yenə birincidir. Ağdam klubu açıqlanan ötən siyahıda olduğu kimi, yenə 532-cı sırada qərarlaşıb.

“Keşlə” 368 xalla 742-ci (8), “Qəbələ” 255 xalla 783-cü (9), “Zirə” isə 217 xalla planetin 808-cisidir (6).
Qeyd edək ki, siyahıya 18462 xalla Madrid “Real”ı başçılıq edir. “Barselona” 16402 xalla 2-ci, “Atletiko” 14327 xalla 3-cüdür.


Son xəbərlər
topaz banner