"Real" - "Yuventus" oyununda penalti yox idi" - Maradona

"Real" - "Yuventus" oyununda penalti yox idi" -  Maradona
XƏBƏR 14 Aprel 2018 / 12:35 5671
-  A +

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona da Çempionlar Liqasının 1/4 finalında keçirilən “Real” – “Yuventus” oyunundakı mübahisəli penalti epizodu haqda danışıb.

Qol.az-ın məlumatına görə, veteran hücumçu “Goal.com”a açıqlamasında hakimin yanlış olaraq penalti qərarı verdiyini deyib:

“Yox, o epizodda penalti yox idi. Ronaldo Vaskesə ötürmə etdi və bu zaman Benatia Vasekin arxasında, Buffon isə önündə idi.  Mən də Vaskesin yerində olsaydım, təmasdan sonra yıxılardım”.

Xatırladaq ki, matçın 90+3-cü dəqiqəsində ingiltərəli hakim Maykl Oliver "Yuventus"un qapısına penalti təyin edib və Ronaldo dəqiq zərbə ilə komandasını yarımfinala yüksəldib.

Son xəbərlər
topaz banner