“Vaxtında futboldan getsəydi, hörmətsizlik görməzdi” – Kann Buffon haqda

“Vaxtında futboldan getsəydi, hörmətsizlik görməzdi” –  Kann Buffon haqda
XƏBƏR 14 Aprel 2018 / 11:30 5830
-  A +

“Karyeranı başa vurmaq üçün düzgün vaxtın seçilməsi ən əsas məsələlərdəndir. Buffon karyerasını vaxtında başa vursaydı, “Real”la oyundakı hörmətsizliyi görməzdi”.

Qol.az-ın məlumatına görə, bu sözləri Almaniya millisinin və “Bavariya”nın sabiq qapıçısı Oliver Kann deyib.

O, “Bild”ə açıqlamasında “Yuventus”un qapıçısı Canluicci Buffonun karyerasını başa vurmalı olduğunu bildirib:

“Nə vaxtsa futboldan getməlisən. Mən də daha 2-3 il oynaya bilərdim. Filip Lam da karyerası ilə bağlı doğru qərar verdi. Buffona da artıq karyerasını bitirməsini məsləhət görürəm. Təbii ki, Buffonun karyerasına Madriddə aldığı qırmızı vərəqə ilə qiymət vermək düzgün deyil. O, dünya çempionu və əla qapıçıdır. Bax, Buffonu bu cür xatırlamaq lazımdır”.

Son xəbərlər
topaz banner