Təbriz klublarından fərqli nəticə

Təbriz klublarından fərqli nəticə
XƏBƏR 14 Aprel 2018 / 01:30 2753
-  A +

İran çempionatında 28-ci turun oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, Cənubi Azərbaycan təmsilçilərindən “Traktor Sazi” səfərdə “Sepidrood Rəşt”lə qarşılaşıb.

Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Təbrizin digər təmsilçisi “Göstəriş” isə bu turda doğma meydanda “İstiqlal”la heç-heçə edib - 1:1.

Qeyd edək ki, “Traktor Sazi” hazırda 30 xalla 10-cu, “Göstəriş” isə 35 xalla 16 klub arasında 9-cu  pillədə qərarlaşıb.

Son xəbərlər