İkinci oyun, ikinci məğlubiyyət

İkinci oyun, ikinci məğlubiyyət
XƏBƏR 13 Aprel 2018 / 18:20 2487
-  A +

Bosniya və Herseqovinada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Vüqar Məmmədin başçılıq etdiyi millimiz Xorvatiya seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, turnirdəki ilk matçında Makedoniya yığmasına 2 cavabsız qolla uduzan yığmamız son oyununu aprelin 15-də ev sahibi Bosniya və Herseqovinaya qarşı keçirəcək.

 


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu