UEFA həftənin ən yaxşı oyunçusunu açıqladı - Ceko deyil

UEFA həftənin ən yaxşı oyunçusunu açıqladı -  Ceko deyil
XƏBƏR 13 Aprel 2018 / 17:38 5796
-  A +

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Liverpul"un yarımmüdafiəçisi Sadio Mane bütün rəqiblərini qabaqlayıb.

Azarkeşlər arasında keçirilən sorğuda səslərin 51 faizini toplayan seneqallı futbolçu “Roma”dan Edin Ceko (31 faiz) və “Yuventus”dan Mario Mancukiçi (16 faiz) geridə qoyub.

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında səfərdə "Mançester Siti"ni 2:1 hesabı ilə məğlub edən “Liverpul” adını yarımfinala yazdırıb. İngilis klubu bu mərhələdə “Roma” ilə qarşılaşacaq.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu