"Bavariya"dan Kovaçla bağlı - rəsmi açıqlama

"Bavariya"dan Kovaçla bağlı -  rəsmi açıqlama
XƏBƏR 13 Aprel 2018 / 16:31 4466
-  A +

“Bavariya”nın hazırkı baş məşqçisi Yupp Haynkesi mövsümün sonunda “Ayntraxt”ın çalışdırıcısı Niko Kovaçın əvəzləyəcəyi dəqiqləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.

O, iyul ayının 1-dən etibarən Münhen təmsilçisinin sükanı arxasına keçəcək.

Kovaçın təyinatının maliyyə detalları da açıqlanıb. “Bavariya” rəhbərliyi “Ayntraxt” klubuna 2,2 milyon avro təzminat ödəyəcək. Razılaşmaya əsasən, Kovaçın köməkçilərindən biri qardaşı Robert Kovaç olacaq.

Qeyd edək ki, 46 yaşlı Kovaç 2012-2013-cü illərdə Xorvatiyanın U-21, 2013-2015-ci llərdə isə əsas komandasını çalışdırıb. 2015-cı ildən "Ayntraxt"ın baş məşqçisidir.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu