“Gəncə Azərbaycan futbolunun məskənidir. Buradan neçə-neçə güclü futbolçular çıxıb. Amma əfsuslar olsun ki, indi əsas komandada cəmi 2 gəncəli oyunçu var”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov klubun rəsmi saytına açıqlamasında deyib. Bu gün Gəncə klubunun aşağı yaş qruplarında çıxış edən uşaqlarla görüşən mütəxəssis yeni istedadların üzə çıxması üçün işlər görüldüyünü açıqlayıb:
“Məqsədimiz Gəncə futbolunu inkişaf etdirib, əsas komandaya yeni futbolçular qazandırmaqdır. Uşaqlarla görüşdə onların futbola çox həvəsli olmasını gördüm. Bu, olduqca sevindirici haldır. Çalışmalıyıq ki, gələcəkdə yaxşı futbolçu olsunlar. Bunun üçün əlimizdən gələni etməliyik. İstər geyim, top, istərsə də, meydança baxımından uyğun şərait qurmalıyıq. Stadionun ərasizində qısa müddətdə məşq meydançaları salınıb gənc nəslin ixtiyarına veriləcək. Bundan sonra onlar daha da həvəslənəcəklər. Uşaqlara uğurlar arzulayıram, belə görüşlərimiz davamlı olacaq. Planda onları həvəsləndirəcək yeni layihələrimiz var. Gəncədə müxtəlif yaş qrupundan olan istedadlı, bacarıqlı oyunçuları klubumuza cəlb edəcəyik”.
La Liqaya haker hücumu
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi