Kovaç "Bavariya"nı çalışdıracaq - Bild

Kovaç "Bavariya"nı çalışdıracaq -  Bild
XƏBƏR 13 Aprel 2018 / 11:55 3132
-  A +

"Bavariya" mövsümün sonunda komandanı tərk edəcək baş məşqçi Yupp Haynkesin əvəzinə Niko Kovaçı gətirəcək.

Qol.az-ın məlumatına görə, bu barədə Almaniyanın "Bild" qəzeti xəbər yayıb.

Hazırda "Ayntraxt"ı çalışdıran xorvatiyalı mütəxəssisin mövsüm sonunda Münhen klubuna baş məşqçi təyin olunacağı bildirilir.

Qeyd edək ki, 46 yaşlı Kovaç 2012-2013-cü illərdə Xorvatiyanın U-21, 2013-2015-ci llərdə isə əsas komandasını çalışdırıb. 2015-cı ildən "Ayntraxt"ın baş məşqçisidir.

Daha çox


Son xəbərlər