Foqts Dadaşovun transferi haqda: "Böyük ov" ediblər"

Foqts Dadaşovun transferi haqda: "Böyük ov" ediblər"
XƏBƏR 13 Aprel 2018 / 10:40 6399
-  A +

“Rüfət Dadaşovun III liqada çıxış edən "Proyssen" klubuna transfer olunacağını gözləmirdim”.

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin sabiq baş məşqçisi Berti Foqts Almaniya mətbuatlna açıqlamasında deyib. 

Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında çıxış edən "Dinamo"nun hücumçusu Rüfət Dadaşovun III liqa təmsilçisi "Proyssen"ə keçidini dəyərləndirən 72 yaşlı mütəxəssis onun daha səviyyəli çempionatda çıxış etməli olduğunu bildrib: "Rüfət III yox, II liqada oynayacaq gücdədir. O,  yaxşı oğlandır. Klub həqiqətən də "böyük ov" edib".

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisinin heyətində Berti Foqtsun vaxtında debüt edib. O, 16 oyuna  4 qol vurub.

Son xəbərlər