Çoxlarına yanlış olaraq elə gəlir ki, o, danışıb-gülməyən, qaraqabaq və darıxdırıcı insandı. Səbəbsiz də deyil.
Məlum, hər dəfə “Qarabağ”ın oyunlarında efirdən gördüyümüz Qurban Qurbanov məhz belə bir adam təsiri bağışlayır. Emosiyalarını gizlədir, komandası qol vuranda sevincini büruzə vermir. Amma ürəkdən sevinəndə illərdi içində saxladığı o enerji vulkan kimi püskürür. Başlayır hönkür-hönkür ağlamağa. “Qarabağ”da yaşadığı ilk çempionluq zamanı bunu bütün Azərbaycan görmüşdü.
Və bəlkə də Qurban Qurbanovu bir məşqçi kimi güclü edən də bu soyuqqanlılığıdı. Rəşad Sadıqov necə demişdi?
“Yaxşı məşqçi olmaq üçün Qurban kimi səbirli olmaq lazımdır”.
***
Əmrah Çelikelin dəvəti ilə “Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışındayam. 2010-cu ilin yanvarıdı. Səfərin ilk günü. Bir anlıq təsəvvür edin, düşmüsünüz hardasa 50 nəfərlik kollektivin içinə və o 50 nəfərdən də düz 47 nəfəri ilə şəxsi tanışlığınız, münasibətiniz yoxdu. Belə mühitdə özünüzü necə hiss edərsiz?
Ay sağ ol, yad bir adam kimi.
Və onda qarşıma Qurban Qurbanov çıxır. Elə bil sıxıldığımı duyub soruşur: “Darıxmırsan ki?”
"Yox” - deyirəm, amma doğru demirəm.
Dönüş biletim hələ 1 həftə sonrayadı. Beynimdən bir fikir keçir ki, 2-3 gün qalıb uydurma bir bəhanə ilə Bakıya qayıdım. Sanki bunu da hiss edir: “Sıxılma, elə bil öz evindəsən”.
***
Komandanın məşqindəyəm. Futbolçuları yığıb meydançanın ortasında söhbət edir, onlara tapşırıqlarını verir. Bir az nəzarət edir hazırlığa, sonra mənə yaxınlaşır. Meydançanın kənarındayam. Başlayır söhbətə. Doğmalıq göstərməyə. Özünün məşq prosesindən danışır. Getdikcə bu komandaya, bu kollektivə bağlandığımı hiss edirəm. Əlbəttə, Qurban Qurbanovun səmimiyyəti, istiqanlığı, alicənablığı xüsusi rol oynayır bunda.
Artıq səfərin 7-cü günüdü. Beynimdə formalaşmış o yad adam düşüncəsi isə artıq darmadağın olub. Bir həftəliyə gəlmişdim “Qarabağ”ın düşərgəsinə, gəldiyim ilk gündəcə geri qayıtmaq istəyirdim, amma indi öz istəyimlə daha 1 həftə qalıram...
***
Bu gün Qurban Qurbanov oyun təyin edib. Qaldığımız otelin meydançasında. “Qarabağ”ın məşqçi heyəti ilə texniki heyəti arasında. Mən də heyətdəyəm. Qurban Qurbanovun komandasında. Topu mənə ötürür, başımı qaldıranda qarşımda kimi görsəm, yaxşıdı: Zaur Tağızadəni!
Özümü lap peşəkar futbolçu yerinə qoyuram.
Rəqibin Zaur Tağızadə, komanda yoldaşın da Qurban Qurbanov.
Kaş bir qol da vuraydım deyə düşünürəm. Vururam da! Qurban Qurbanovun ötürməsindən sonra düz doqquzluğa.
“Əla Aydın, yaxşı oynayırsan...”
“Qarabağ”da elə futbolçular var, yəqin hələ heç vaxt Qurban Qurbanovdan belə gözəl tərif eşitməyiblər. Mən “debüt oyunum”da bunu bacarıram. 40 dəqiqədi oynayıram, görürəm artıq nəinki qaçmağa, nəfəs almağa belə hal qalmayıb. “Oynaya bilmirəm” deyirəm. Amma Qurban müəllim “Əla oynayırsan e, davam elə, dayanma" deyir...
Davam edirəm, etməyinə, amma ürək də yazıqdı axı. Az qala yerindən çıxır.
20 dəqiqə sonra oyun qurtarır. Sağ olsun Qurban müəllim, 2 il futbol oynamayan birini düz 1 saat dayanmadan, əvəzetmədən oynatdı...
Bilirsiniz niyə?
Çünki ehtiyatda məni əvəz edəcək bir nəfər belə yox idi :))
***
Mənə görə onlar Azərbaycanın heç bir klubunda olmayan, bir az qeyri-adi sayılacaq mühit yaradıblar. İstər yeni futbolçu ol, istər klubun qonağı, istərsə də kim olursan ol, əgər “Qarabağ”ın düşərgəsinə düşmüsənsə, özünü orda ögey hiss etməyəcəksən.
Sənə ilk dəfə həyatda gördüyün Qurban Qurbanov da doğma gələcək.
Əmrah Çəlikəl də...
Asif də...
Nurlan da...
Hətta alban Aqolli də...
...Və bu gün o doğma mühitin memarlarından birinin 45 yaşıdı.
Arzular, təbriklər... Sözləri, tostları uzatmaq olar. Amma, uzatmayaq. Yazıya elə burda, bu arzuyla yekun vuraq:
Yaşasın, Qurban Qurbanov!
Aydın BAĞIROV
[email protected]
Redaksiyadan: Qurban Qurbanovun 45 illiyinə həsr olunan bu yazı ilk dəfə 2017-ci ilin aprelin 13-də dərc olunub.
Qol.az saytı milli komandamızın və "Qarabağ"ın baş məşqçisini bugün tamam olan 46 yaşı münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və işlərində yeni uğurlar arzulayır.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirdisə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici
Qismət Alıyev “250”yə çatdı
Son 21 mövsümdə ilk dəfə
Mehman Hacıyev vəfat etdi
“Qarabağ”ın o boşluqlarından qollar vurduq” - Açıqlama+Video
Salahın qolu, "Trabzonspor"un qələbəsi - Video
Kerrik “Sabah”la oyundan danışdı
“Barselona"ya məğlubiyyətə görə etiraz aksiyası keçirdilər
"Yuventus" "Milan"la qarşılaşdı - A Seriyasında nəticələr
"Barselona"dan darmadağın
London derbisini "Arsenal" qazandı - Video
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu