Serb müdafiəçi DÇ-2018-dən kənarda qala bilər

Serb müdafiəçi DÇ-2018-dən kənarda qala bilər
XƏBƏR 13 Aprel 2018 / 02:00 3527
-  A +

Serbiya millisi Rusiyada keçirilən dünya çempionatına ciddi itkiylə yollana bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Şalke”nin müdafiəçisi Matiya Nastasiçin qarşıdakı mundialı buraxmaq ehtimalı var.

Dizindən ciddi zədə alan 25 yaşlı futbolçu bu mövsüm daha Bundesliqada formada geyməyəcək. Nastasiçin bərpası üçün 8-12 həftə vaxt lazımdır.

Qeyd edək ki, Serbiya millisi DÇ-2018-də ilk oyununu iyunun 17-də Kosta-Rikaya qarşı keçirəcək.

 

Daha çox


Son xəbərlər