Taekvondoçumuz dünya çempionu oldu

Taekvondoçumuz dünya çempionu oldu
XƏBƏR 12 Aprel 2018 / 15:10 2157
-  A +

Tunisin Hammamet şəhərində keçirilən taekvondo üzrə gənclər arasında dünya birinciliyinin üçüncü gününə yekun vurulub.

Qol.az-ın xəbərinə görə, yarış Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev üçün uğurlu alınıb.

Gənc idmançı bütün rəqiblərinə qalib gələrək dünya çempionu adına yiyələnib. 63 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavad öncə Pakistan, ABŞ, Cənubi Koreya, Efiopiyadan olan rəqiblərini  idmançıları yarışdan kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib. Bu mərhələdə iranlı idmançıya qalib gələn Ağayev finalda italiyalı taekvondoçu ilə üz-üzə gəlib.
 
Gərgin keçən həlledici döyüşdə də qələbə qazanan təmsilçimiz yarışın qızıl medalına sahib olub. Bununla da Cavad həm dünya çempionu olub, həm də rəqibinə bir neçə gün öncə lisenziya xarakterli turnirdəki məğlubiyyətin əvəzini çıxıb.

Son xəbərlər
topaz banner