AFFA "Keşlə" və "Kəpəz"i cərimələdi

AFFA "Keşlə" və "Kəpəz"i cərimələdi
XƏBƏR 12 Aprel 2018 / 14:29 1568
-  A +

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqasının XXII turunun “Kəpəz” – “Keşlə” matçında “Keşlə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 26-cı dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Birinci divizionun XXII turunun “Xəzər” – “MOİK” matçının 90+4-cü dəqiqəsində “Xəzər”n futbolçusu Tanrıverdi Məhərrəmli təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub.

Son xəbərlər
topaz banner