"Buffon 1-2 gün sonra hakim haqda başqa cür danışacaq" – Del Pyero

"Buffon 1-2 gün sonra hakim haqda başqa cür danışacaq" – Del Pyero
XƏBƏR 12 Aprel 2018 / 14:21 6750
-  A +

“Buffonun hakim haqda dediklərini başa düşməkdə çətinlik çəkirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri İtaliya mətbuatına açıqlamasında “Yuventus”un keçmiş hücumçusu Alessandro Del Pyero deyib. Canluici Buffonun Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la cavab oyunundan (3:1) sonra görüşün baş hakimi Maykl Oliveri kəskin tənqid etməsinə münasibət bildirib:

“Başa düşmürəm, niyə biz ilk oyuna fikir verməliyik. Bu futboldur, hakim epizodu analiz edir və ani qərar verir. Bunun sənə xoş gəlib-gəlmədiyinin heç bir önəmi yoxdur. Düşünürəm ki, Buffon 1-2 gün sonra hakim haqda başqa cür danışacaq”.

Qeyd edək ki, Buffon matçın 90+3-cü dəqiqəsində hakimin “Yuventus”un qapısına penalti təyin etdiyi üçün kəskin etirazını bildirib və qırmızı vərəqə ilə meydandan qovulub. 40 yaşlı qolkiper oyundan sonra verdiyi açıqlamada hakimin ürəyinin yerində zibil vedrəsi olduğunu deyib.  

Son xəbərlər
topaz banner