“Bavariya” Riberi ilə müqaviləni yeniləyir

“Bavariya” Riberi ilə müqaviləni yeniləyir
XƏBƏR 12 Aprel 2018 / 14:00 3658
-  A +

“Bavariya” futbolçusu Frank Riberi ilə müqavilənin müddətini uzadacaq.

Qol.az-ın “Kicker” nəşrinə istinadən yaydığ xəbərə görə, artıq bununla bağlı tərəflər arasında razılıq əldə olunub.

Yeni anlaşmaya əsasən, fransız yarımmüdafiəçi daha 1 il - 2019-cu ilin yayına qədər Münhen klubunun şərəfini qoruyacaq. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilir.

Qeyd edək ki, Riberi 2007-ci ildən “Bavariya”da çıxış edir. Onun hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner